ELM VƏ TƏHSİL


Kiyevdə həftəsonu Azərbaycan dili məktəbi açılıb VİDEO

Kiyev, 16 oktyabr, AZƏRTAC

Ukraynanın Kiyev şəhərində həftəsonu Azərbaycan dili məktəbi açılıb.

AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radası tərəfindən təşkil olunan həftəsonu Azərbaycan dili məktəbinin əsas məqsədi Ukraynada yaşayan azərbaycanlı məktəblilərə ölkəmizin dili, tarixi və ədəbiyyatı barədə xüsusi dərslərin keçirilməsidir.

Məktəbin açılış mərasimində çıxış edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov bildirib ki, Azərbaycan dövlətinin əsas prioritet fəaliyyətlərindən biri də xarici ölkələrdə yaşayan soydaşlarımızın təhsilinin yüksək səviyyədə təşkilidir. Xüsusilə Azərbaycan dili, tarixi və ədəbiyyatının təbliği olduqca önəmlidir. Təhsil güclü olmadan bir ölkənin uğur qazanması mümkünsüzdür.

Həftəsonu Azərbaycan dili məktəbinin müəllimi, tarixçi Məhəmməd İsrafiloğlu çıxış edərək bu cür məktəblərin açılmasının əhəmiyyətindən danışıb.

“Dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımızın ətrafında daha sıx birləşməlidirlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil, qüdrətli Azərbaycan dövlətini öz yanında hiss etsin. Dilini, tarixini və ədəbiyyatını sevsin”, - deyə Məhəmməd İsrafiloğlu əlavə edib.

Tədbirdə daha sonra məktəblilərin maraq doğurduğu mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.