İDMAN
Kiyevdə keçirilən şahmat turnirində Azərbaycan səfirliyi də təmsil olunub
Kiyev, 19 sentyabr, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev şəhərində “Avropa idman həftəsi” çərçivəsində şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının və Ukraynanın Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə keçirilən şahmat turnirində xarici ölkələrin diplomatik nümayəndələri, nazirliklərin təmsilçiləri, bu ölkənin milli komandasının üzvləri, o cümlədən qrossmeysterlər Yuliya Osmak və Vladimir Balkan iştirak ediblər.
Turnirdə Azərbaycanı səfirliyin müşaviri Vüsal Süleymanov təmsil edib.
Yarış ukraynalı qrossmeysterlərin qələbəsi ilə başa çatıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]