DÜNYA


Kiyevdə koronavirusa yoluxanların sayı iki dəfəyədək artıb

Kiyev, 1 iyul, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyev şəhərində koronavirusa yoluxanlar iki dəfəyədək artıb.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada Kiyevdə 101 nəfər koronavirusa yoluxub. Bu da ötən günlərlə müqayisədə 50 xəstə çox deməkdir.

COVID-19 epidemiyasının başlanmasından indiyədək 5138 kiyevli koronavirusa yoluxub, onlardan 108-i həyatını itirib, 1600-ü isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Kiyevdə və 13 vilayətdə epidemioloji vəziyyət yaxşı olmadığından karantin məhdudiyyətlərinin davam etməsi barədə qərar qəbul olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.