CƏMİYYƏT
Kiyevdə nadir muzey açılıb FOTOREPORTAJ VİDEO
Kiyev, 5 avqust, AZƏRTAC
Ukrayna millətinin tanınmış nümayəndələrinin 100-dən artıq fiquru, onlarla bağlı 25 süjet kompozisiyası, həmçinin qədim əmək alətləri və müxtəlif dövrlərin silahları Kiyevdə açılan “Ukrayna millətinin təşəkkülü” adlanan innovasiyalı muzeyin eksponatıdır.
AZƏRTAC xəbər verir ki, bütün fiqurların mumdan deyil, silikondan hazırlanması, bəzi fiqurların hətta danışmağı bacarması və ziyarətçilərin hərəkətlərinə reaksiya vermələri diqqətəlayiqdir. Təqdim olunan hər bir ekspozisiya səslə müşayiət edilir, xüsusi effektlərə və hətta qoxuya malikdir.
Layihənin yaradıcısı Valeri Qalan AZƏRTAC-a müsahibəsində bildirib ki, muzeyin yaradılmasından başlıca məqsəd Ukrayna millətinin ən yaxşı təmsilçilərini təqdim etmək, bununla da gənclər arasında öz milləti ilə bağlı qürur hissini gücləndirmək və onlarda Vətənə sevgi tərbiyə etməkdir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev