DÜNYA


Kiyevdə polisə hücum edən 40-a yaxın insan zərərsizləşdirilib

Kiyev, 9 fevral, AZƏRTAC

Paytaxt Kiyevdə polis bölməsinə hücum edən 40-a yaxın insan zərərsizləşdirilib.

AZƏRTAC şəhər polisinə istinadla xəbər verir ki, bir qrup şəxs polis bölməsinin giriş qapısına hücum edərək qaz balonundan istifadə edib, polis əməkdaşları ilə əlbəyaxa olublar.

Saxlanılanlar üzərindən qaz balonları, soyuq silah götürülüb. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, hadisə baş verən zaman Kontraktova meydanında prezidentliyə namizəd Timoşenkonun təşviqat mitinqi keçirilirdi.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.