CƏMİYYƏT


Kiyevdə xaç suyuna salma mərasimi – AZƏRTAC-ın reportajı VİDEO

Kiyev, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da bütün Ukraynada Vəftiz bayramını (xaç suyuna salma – xristianlığa qəbul olunma mərasimi) qeyd edirlər.

Yanvarın 19-na keçən gecə saatlarından başlayaraq minlərlə inanclı insan bu mərasim üçün xüsusi hazırlanmış suya baş vurur. İndi bu bayramın ənənələrindən biri Xaç çuxuruna yürüş və orada üzməkdir. Bu bayram, əslində, 1990-cı illərin ikinci yarısında daha çox kütləviləşməyə başlayıb. Yəni Ukraynada bu adət qədim mənşəli deyil, ən yenisidir. Kilsə bunu qadağan etmir, ancaq öz sağlamlığınıza diqqətli olmağa çağırır. Bu mərasimdə dövlət tərəfindən həkim nəzarəti həyata keçirilir, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları yarana biləcək təhlükənin qarşısını almaq üçün şəxsi və texniki heyətlə proseslərə cəlb olunur. Həmçinin soyuqdan isinmə məntəqələri də fəaliyyət göstərir.

AZƏRTAC dəyərli oxucularına Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən xaç suyuna salınma mərasimindən foto və videoreportajı təqdim edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.