MƏDƏNİYYƏT


Klassik Musiqi İfaçılarının Beynəlxalq Müsabiqəsinin dinləmələrinə başlanılıb

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 9-da Bakıda səkkizinci İslam Dünyası Klassik Musiqi İfaçılarının Beynəlxalq Müsabiqəsinin dinləmələrinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) reallaşan dinləmələrdə Azərbaycanla yanaşı, Misir, Türkiyə, Mərakeş, İran, Başqırdıstan, Özbəkistan, Qazaxıstan, və Tacikistandan yaşı 20-dək olan klassik musiqi ifaçıları iştirak edirlər.

Qeyd edək ki, müsabiqə ISESCO, Azərbaycan Respublikasının Gənclər və İdman, Mədəniyyət və Xarici İşlər nazirliklərinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.