ELM VƏ TƏHSİL


Klassik ədəbiyyatı öyrənənlər üçün dəyərli mənbə

Klassik ədəbiyyatı öyrənənlər üçün dəyərli mənbə

Ərəb əruz və qafiyə elminin nəzəri əsasları haqqında monoqrafiya çapdan çıxıb

Bakı, 5 dekabr, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xatın Cəfərlinin “Sahib ibn Əbbad və onun “Əl-iqna fil arud və taxricil qavafi” əsəri” monoqrafiyası işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada X əsrin görkəmli ictimai-siyasi xadimi, alimi, ədibi, şairi Sahib ibn Əbbadın 1960-cı ildə Bağdadda görkəmli ərəb alimi Məhəmməd Həsən Al-e Yasin tərəfindən “Əl-iqna fil əruz və təxricil qavafi” adı ilə nəşr olunmuş əsəri elmi tədqiqata cəlb olunur. Orta əsrlərdən ədəbiyyatşünasların diqqət mərkəzində olan bu əsər klassik Şərq poetikasının mühüm mənbəyi, ərəb əruz və qafiyə elminin nəzəri əsasları haqqında olduqca qiymətli tədqiqat işidir. Monoqrafiyada “Əl-iqna fil əruz və təxricil qavafi” Şərq filoloji-elmi-nəzəri fikrinin digər görkəmli nümayəndələrinin məşhur əsərləri ilə müqayisədə öyrənilir.

Yeni nəşrin elmi redaktoru və “Ön söz”ünün müəllifi professor Kamandar Şərifov, rəyçiləri professor Mahirə Quliyeva və dosent Nəzakət Məmmədlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.