MƏDƏNİYYƏT
Klassik musiqi fleşmobu
Bakı, 18 may, AZƏRTAC
Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram müxtəlif mövzuları əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçirilir.
Son iki ildə pandemiya şəraiti, gündəlik məişət qayğıları, stress insanlara sosial psixoloji təsir göstərərək onların gündəlik həyat tərzini dəyişmiş oldu. Bir çox sosial mərkəzlər kimi insanların asudə vaxtlarını səmərəli keçirməyə xidmət edən muzeylər və digər mədəniyyət müəssisələri də bu ərəfələrdə fəaliyyətini dayandırmalı olub.
18 May - Beynəlxalq Muzeylər Gününün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu məqsədlə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin təşkilatçılığı ilə “Dəniz Mall”da “Klassik musiqi fleşmobu” həyata keçirilib. Tədbirdə Prezident təqaüdçüləri, respublika və beynəlxalq müsabiqələr laureatları Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:16]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]