ELM VƏ TƏHSİL


Klasterləşdirmə üçün xarici qiymətləndirmə indeksləri araşdırılır

Bakı, 16 fevral, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “Klasterləşdirmə üçün xarici qiymətləndirmə indeksləri” mövzusunda onlayn elmi seminarı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, şöbənin əməkdaşı Leyla Məmmədova Təmizlik indeksi (Purity), Mirkin metrikası indeksi (Mirkin metric), Entropiya indeksi (Entropy), Bölmə əmsalı indeksi (partition coefficient), F-ölçü indeksi (F-measure), V-ölçü indeksi (V-measure) barədə ətraflı məlumat verib, onların hər birinə aid nümunələri təqdim edib.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzuya dair fikirlərini diqqətə çatdırıb, müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.