DÜNYA


Klaudio Borgi: İtaliyanın öz valyutası olsa əksər problemlərini həll edə bilər

Roma, 4 oktyabr, AZƏRTAC

İtaliyanın öz valyutası olsa əksər problemlərini həll edə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikri İtaliya parlamentinin aşağı palatasının büdcə üzrə komissiyasının sədri Klaudio Borgi söyləyib.

Komissiyanın sədri İtaliyanın monetar siyasətə nəzarəti artırmasının önəmini qeyd edib. “Bizim bununla Avropa İttifaqına zidd getmək fikrimiz yoxdur. Əgər belə etmək istəsəydik büdcə layihəsinə kəsirin ÜDM-ə olan nisbətini 2,4 faiz yox, 3,1 faiz daxil edərdik. Əslində, biz sadəcə İtaliya iqtisadiyyatının daha yaxşı olmasını təmin etmək istəyirik”, - deyə o bildirib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.