İDMAN


Klaypeda şəhərinin meri: Azərbaycanın hərbçilərin dünya çempionatına böyük heyətlə qatılmasından məmnunuq

Bakı, 21 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına qatılan nümayəndə heyətlərinin rəhbərləri və Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təmsilçiləri yarışa ev sahibliyi edən şəhərin meri Vitautas Qrubliauskas ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən mer dünyanın müxtəlif ölkələrindən olan hərbçilərin Klaypedada sülh, dostluq və idman üçün bir arada toplanmalarından məmnunluğunu ifadə edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi, polkovnik-leytenant Rəşad Quliyev Vitautas Qrubliauskasa xatirə hədiyyəsi təqdim edib.

Mer Azərbaycanın bu mötəbər yarışa böyük heyətlə qatılmasının önəmini qeyd edib.

Rəşad Quliyev yüksək qonaqpərvərliyə və tədbirin uğurla təşkilinə görə Vitautas Qrubliauskasa təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.