İQTİSADİYYAT


Klinika və həkimlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsinin mövcud vəziyyəti müzakirə olunub

Klinika və həkimlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsinin mövcud vəziyyəti müzakirə olunub

Bakı, 12 yanvar, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti belə görüş Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və 20-yə yaxın aparıcı klinikanın nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

Görüşdə səhiyyə turizminin inkişaf etdirilməsi məqsədilə xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunması, klinika və həkimlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsinin mövcud vəziyyəti və perspektivi, əməkhaqlarının “ağarması” fonunda artacaq sosial sığorta yükünün optimallaşdırılması və tibbi xidmətlərin göstərilməsinə cəlb olunmuş əcnəbi həkimlərin sosial sığorta haqlarından azad edilməsi ilə bağlı təkliflər ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, tibb xidmətləri ilə bağlı Vergi Məcəlləsində edilmiş dəyişikliklər diqqətə çatdırılıb, sahibkarlar tərəfindən verilən təkliflərin diqqətdə saxlanılacağı və belə görüşlərin davamlı olacağı bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.