CƏMİYYƏT


Klinikada endirimli endikrinoloji müayinələr aparılmağa başlanılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Bir neçə gündür ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında şəkərli diabet xəstəliyi ilə əlaqədar müayinələr aparılmağa başlanılıb. Oktyabrın 13-dən noyabrın 13-dək Ümumdünya Diabet Günü ilə əlaqədar olaraq keçirilən müayinələr bir ay davam edəcək.

Klinikanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlər zamanı qlükoza, hemoqlobin və kreatinin miqdarı ölçülür, exokardioqram müayinəsi aparılır, xəstələr endokrinoloq və kardioloqların məsləhətlərini alırlar. Müayinələr endirimli qiymətə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.