CƏMİYYƏT
Kliniki Tibbi Mərkəzdə təlim-simulyasiya mərkəzi yaradılıb
Bakı, 5 dekabr, AZƏRTAC
Kliniki Tibbi Mərkəzin (KTM) tibbi fəaliyyətini genişləndirmək üçün Cənubi Qafqazın ən böyük təcili yardım şöbəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bunu KTM-in direktoru Könül Ələkbərov jurnalistlər üçün təşkil edilən mediatur zamanı müsahibəsində deyib.
“Eyni zamanda xəstəxanada kadr potensialının mükəmməl olması üçün mərkəzə xaricdə təhsil alan və Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrindən həkimlər cəlb edilib. Kadrların peşəkarlığının artırılması üçün təlim-simulyasiya mərkəzi yaradılıb və mütəmadi olaraq orada təlimlər keçirilir. Görülən işlər yalnız ona xidmət edir ki, xəstələrin məmnuniyyəti artsın, tibbin əlçatanlığı yaxşılaşsın və ən yüksəkkeyfiyyətli tibbi xidmət göstərilsin”, - deyə K.Ələkbərov bildirib.