CƏMİYYƏT
Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində Çindən qayıtmış 3 nəfər var
Bakı, 7 fevral, AZƏRTAC
Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində hazırda Çindən qayıtmış 3 nəfər var. Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.
Bir daha qeyd edirik ki, həmin şəxslər Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların virusa yoluxanlarla kontaktı olmayıb.
Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.