İQTİSADİYYAT


Klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və depozit mərkəzinin bu prosesdə rolu müzakirə olunmuşdur

Bakı, 10 may (AZƏRTAC). Milli Depozit Mərkəzinin (MDM) təşkilatçılığı ilə klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və depozit mərkəzinin bu prosesdə rolu haqqında müzakirələrə həsr edilmiş görüş keçirilmişdir.

MDM-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında qiymətli kağızlar bazarının institusional inkişaf məqsədlərindən biri kimi nəzərdə tutulmuş qiymətli kağızlarla ticarət, klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və optimallaşdırılması hədəfinin reallaşdırılması məsələləri müzakirə olunmuşdur.

Görüşdə qiymətli kağızlarla hesablaşmalar üzrə MDM tərəfindən həyata keçiriləcək klirinqin yeni yanaşma prinsipləri təqdim edilmiş və bu prinsiplərin üstün cəhətləri açıqlanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.