Klublara lisenziyalar təqdim olunub
AzerTAg.az
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də AFFA-nın inzibati binasında 2022-2023-cü il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, təltifetmə mərasimində iştirakçılara mövsümün yekunları, statistik göstəricilər və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib. Növbəti mövsüm öncəsi AFFA İcraiyyə Komitəsi tərəfindən yeni qaydalar təsdiq olunandan sonra edilmiş dəyişikliklərlə bağlı klublarla ətraflı treninqlər keçiriləcək.
Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələrinə müvafiq lisenziyalar təqdim olunub.




Xəbərin mətnində orfoqrafik səhv var