İDMAN


Klublararası Avropa kuboku: “Vüqar Həşimov” komandası İsrail yığmasına məğlub olub

Bakı, 21 sentyabr, AZƏRTAC

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də turnirin üçüncü turunun oyunları keçirilib. Bu turda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu İsrailin “Beer Sheva” komandası ilə qarşılaşıb. Şahmatçılarımız İsrail yığmasına 2:4 hesabla məğlub olublar.

Qeyd edək ki, aktivində 4 xal olan komandamız ötən turlarda Moldova və İrlandiya yiğmaları üzərində qələbə qazanıb.

Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarovun mübarizə apardığı Makedoniyanın “Alkaloid” komandası Nicat Abasovun heyətində yer aldığı İspaniyanın “Silla” komandası ilə üz-üzə gəlib. Yarışın favoriti olan Makedoniya yığması İspaniya komandasına 2,5:3,5 hesabla məğlub olub. Qeyd edək ki, Şəhriyar Məmmədyarov ukraynalı Anton Korobov ilə heç-heçə edib, Nicat Abasov isə rusiyalı şahmatçı Daniil Dubov üzərində qələbə qazanıb.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.