İDMAN


Klublararası Avropa kuboku: “Vüqar Həşimov” komandası Moldova yığması ilə mübarizə aparacaq

Bakı, 19 sentyabr, AZƏRTAC

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün turnirin ikinci turunun oyunları keçiriləcək. Yarışda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu Moldovanın “Perfect” komandası ilə mübarizə aparacaq.

Qeyd edək ki, komandamız birinci turda İrlandiyanın “Gonzaga” yığmasını 4,5:1,5 hesabı ilə məğlub edib.

Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın “Alkaloid”, Nicat Abasov isə İspaniyanın “Silla” komandasını təmsil edir. Birinci turda Ş.Məmmədyarovun komandası İsveçin “Lunds ASK” yığmasına 5:1, N.Abasovun təmsil etdiyi komanda isə İslandiyanın “Viking Chess Club” klubunun şahmatçılarına 6:0 hesabı ilə qalib gəlib. Hər iki şahmatçımız turnirə qələbə ilə başlayıb.

İkinci turda “Alkoloid” Sloveniyanın “Sloven Ruma”, “Silla” isə Belçikanın “Schachfreunde Wirtzfeld” komandası ilə mübarizə aparacaq.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.