İDMAN


Klublararası Avropa kuboku: “Vüqar Həşimov” komandası Moldova yığmasına böyük hesabla qalib gəlib

Bakı, 19 sentyabr, AZƏRTAC

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün turnirin ikinci turunun oyunları keçirilib. Yarışda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu Moldovanın “Perfect” komandasına böyük hesabla (5,5:0,5) qalib gəlib.

Qeyd edək ki, komandamız birinci turda İrlandiyanın “Gonzaga” yığmasını 4,5:1,5 hesabı ilə məğlub edib.

Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın “Alkaloid”, Nicat Abasov isə İspaniyanın “Silla” komandasını təmsil edir.

İkinci turda “Alkoloid” Sloveniyanın “Sloven Ruma” yığmasına 5,5:0,5, “Silla” isə Belçikanın “Schachfreunde Wirtzfeld” komandasına 5:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.