DÜNYA
Koalisiya qüvvələri: Səna şəhərində yas mərasiminə hava zərbəsi endirilməyib
Bakı, 9 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərində husilərin iştirakı ilə keçirilən yas mərasiminə onlar tərəfindən hava zərbəsi endirilmədiyini bildirib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Arabiyyə” televiziyasının koalisiya qüvvələrinə istinadla verdiyi xəbərə görə, hava zərbəsi husilər ilə Əli Abdullah Salihin partiyası olan Birləşmiş Xalq Konqresi tərəfindən Yüksək Siyasi Şuranın yaradılmasından sonra baş verən daxili çəkişmələrdən qaynaqlanır.
Qeyd edək ki, husilərə məxsus “El-Mesira” kanalının xəbərində hava hücumunun Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən həyata keçirildiyi iddia olunurdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]