DÜNYA


Kobaxidze: Gürcüstan bu gün ciddi çağırışlarla üz-üzədir

Kobaxidze: Gürcüstan bu gün ciddi çağırışlarla üz-üzədir

Tbilisi, 31 mart, AZƏRTAC

Bu gün müharibələrin uzanmasında və yeni münaqişə ocaqlarının yaranmasında maraqlı olan müəyyən qlobal qüvvələr var. Onlar Gürcüstanın da münaqişələrə cəlb olunmasına çalışırlar. Bu gün ölkəmiz konkret risklərlə üz-üzədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze söyləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin müharibəyə cəlb olunması ilə bağlı bəzi qüvvələrin səylərinə qarşı mübarizəsinə dair mətbuata açıqlamalarını xatırladan Kobaxidze deyib: “Bizim hakim komandanın da məqsədi Gürcüstanda sülhü qorumaqdır. Ölkəmizin qarşısında duran vəzifələrdən danışarkən deməliyəm ki, bu çağırışlar, təəssüf ki, bu gün də aktualdır. Biz sülhü qorumaq üçün hər şeyi etməliyik və cəmiyyət bunun üçün mümkün qədər səfərbər edilməlidir. Ona görə ki, sülhün qorunması yolunda bizi gücləndirən əsas amil ictimai dəstəkdir və bu, çox vacibdir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.