İQTİSADİYYAT


“Kobmarket.az” onlayn alış-veriş platforması tərəfindən yeni kampaniya

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 6-dan etibarən “www.kobmarket.az” portal üzərindən alınan bütün məhsulların Bakı şəhəri üzrə çatdırılması pulsuz həyata keçiriləcək. Kampaniya oktyabrın 6-dək davam edəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, hazırda “www.kobmarket.az” portalında 80-ə yaxın onlayn mağaza fəaliyyət göstərir. Portala qida məhsulları, avadanlıqlar, məişət texnikası, təmizlik, təmir və tikinti məhsulları, geyim, suvenirlər, əl işləri, aksesuarlar, kitablar və dəftərxana ləvazimatları, musiqi alətləri və sair kimi 1100-dən çox məhsul yerləşdirilib.

Qeyd edək ki, sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin məhsullarının onlayn satış imkanlarının genişləndirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə yaradılmış “www.kobmarket.az” ticarət platformasına qoşulmaq istəyən sahibkarlar portalda qeydiyyatdan keçməklə onlayn mağazalarını yarada və satış imkanlarını artıra bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.