DÜNYA


Koçaryan müxalif güclərin Paşinyana qarşı birləşəcəyini deyib

Bakı, 8 may, AZƏRTAC

Ermənistanda siyasi gərginliyin artması fonunda Paşinyan hökumətinə qarşı müxalif qüvvələrin vahid mərkəzdə birləşəcəyi ehtimal olunur. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, hazırda həbsdə olan sabiq ölkə prezidenti Robert Koçaryan “Reuters” agentliyinə məktubla verdiyi müsahibədə qüvvətli müxalif güclərin Paşinyana qarşı birləşəcəyini deyib.

Özünün həbsini siyasi motivlərlə əlaqələndirən Koçaryan qeyd edib ki, indi Ermənistanda Paşinyana qarşı yeni siyasətçilər və siyasi partiyalar meydana çıxır. O, bu siyasi qüvvələrlə birləşəcəyi ehtimalı ilə bağlı suala da müsbət cavab verib, lakin bunun hansı formada olacağına aydınlıq gətirməyib. “Məxməri inqilabın” heç də inqilab olmadığını və xalqın artan narazılığının nəticəsi olduğunu deyən Koçaryan vurğulayıb ki, Paşinyanın hakimiyyəti dövründə ölkədə müsbət istiqamətdə heç bir dəyişiklik baş verməyib. “Yalnız populizm, rəhbərlikdə diletantlıq və cəmiyyətdə aqressiya artıb”, -deyə o qeyd edib.

Xatırladaq ki, Koçaryan ötən il iyulun sonunda 2008-ci ilin martında ölkədə Konstitusiya üsul-idarəsinin devrilməsi ittihamı ilə həbs edilib. O, Yerevan Apellyasiya Məhkəməsinin qərarı ilə avqustun 13-də azad edilsə də, dekabrın 7-də Baş Prokurorluğun vəsatəti ilə yenidən həbsxanaya göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.