CƏMİYYƏT


Kodeks Alimentarius Milli Komissiyasının növbəti seminarı keçirilib

Bakı, 7 may, AZƏRTAC

Kodeks Alimentarius Milli Komissiyasının Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşən “CAREC ölkələrində kənd təsərrüfatı dəyər zəncirlərində beynəlxalq qida təhlükəsizliyi standartlarının gücləndirilməsi” layihəsi çərçivəsində növbəti seminarı keçirilib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda aidiyyəti qurumlar, ali təhsil müəssisələri, sahibkarlıq subyektləri və ekspertlər iştirak edib.

Kodeks Alimentarius Komissiyasının ölkə üzrə milli əlaqələndiricisi, Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Fuad Mərdiyev seminarda çıxış edərək Kodeks Alimentarius Milli Komissiyasının nəzdində yaradılan komitələr və onların hazırladığı texniki normativ hüquqi akt layihələri barədə məlumat verib.

Seminarda Kodeks Alimentarius Komissiyası tərəfindən qida təhlükəsizliyi qaydalarına edilən son dəyişikliklər çatdırılıb və iştirakçılar Kodeksin Qida Gigiyenası üzrə ümumi tətbiqetmə prinsiplərinin son versiyası ilə tanış olublar.

Qeyd edək ki, Kodeks Alimentarius Komissiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Birgə Qida Standartları Proqramı” çərçivəsində təsis edilmiş, 189 (188 üzv ölkə və bir təşkilat – Avropa İttifaqı) üzvü olan hökumətlərarası orqandır. Azərbaycan 2011-ci ildən bu Komissiyanın üzvüdür. Prezidentin Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi Kodeks Alimentarius Komissiyasında ölkəmizin milli əlaqələndirici qurumu təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.