CƏMİYYƏT


Kökəlmək istəyənlər gün ərzində dörd dəfə qidalanmalıdırlar

Bakı,16 sentyabr, AZƏRTAC

Arıqlamaq, artıq çəkidən xilas olmaq problemi ilə üzləşənlər olduğu kimi kökəlmək istəyənlər də var. Onlar iki yerə bölünür: iştahasızlıq problemi olanlar və lazımi qədər qidalansalar da, kökələ bilməyənlər.

Həkim-fitoterapevt Elnur Eldaroğlu həmin problemi şərh edərkən deyib: “Elə adamlar var ki, aclıq hissinin yoxluğundan, qidalanmaq həvəsinin olmamasından şikayətlənir. Qidaya həvəsin olmaması nevrogen və endokrin mənşəli ola bilər. Məsələn, anorik nevrozla üzləşənlər həm çox arıq olur, həm də bir növ yeməkdən küsürlər. Bəzi endokrinoloji xəstəliklər, məsələn, şəkərli diabet zamanı belə hallar olur. Bəzən də hər cür qidalanmaya baxmayaraq, kökəlmənin baş verməməsi hər hansı bir xroniki, parazitar və infeksion xəstəliklərlə əlaqədar ola bilər”.

Problemi aradan qaldırmaq üçün düzgün və sağlam qidalanmaq lazımdır. Qidalanma barəsində danışarkən həkim-fitoterapevt deyib: “Gün ərzində dörd dəfə qidalanmaq məsləhət görülür: birinci və ikinci səhər yeməyi, günorta və axşam. Həmin vaxt qida qəbul etmədikdə aclıq hissi itir. Bəzən ayaqüstü qidalanmaq, yüngül qəlyanaltı etmək də kalori və doyma hissi yarada bilir, lakin lazımi vitamin deposu vermir. Məsələn, ikinci səhər yeməyi zamanı kisel və ya meyvə şirələri içmək məsləhət görülür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri