MƏDƏNİYYƏT


“Kölgə səsləri” müasir siluet animasiyası VİDEO

Bakı, 20 avqust (AZƏRTAC). “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə sentyabrın 8-dən 19-dək Birgitta Hoseanın rəhbərliyi ilə rəssamlar üçün “Kölgə səsləri” müasir siluet animasiyasına dair kurs keçiriləcək.

“YARAT” Müasir İncəsənət Məkanının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Birgitta Hosea Londonda yaşayan media rəssamıdır. O, bu yaxınlarda animasiya və ifaçılıq üzrə praktiki doktorluq dərəcəsini bitirmiş olduğu “Central Saint Martins” (London İncəsənət Universiteti) ifaçılıq mərkəzində tədqiqat rəhbəri və MA personaj animasiyası üzrə kursun rəhbəri kimi fəaliyyət göstərir. Media rəssamı “Adobe” üzrə sertifikatlaşmış ekspert olaraq Böyük Britaniya, ABŞ, Çin, Hollandiya, Rumıniya, Avstriya və İsveçdə təlimlər aparıb.

Birgitta Hoseanın geniş animasiya təcrübəsinə videoinstalyasiyalar, animasiyalı tamaşalar, həmçinin hərəkət qrafikası daxildir.

Qədim zamanlardan bəri od kəşf olunduqdan sonra insanlar bir-birilərinə rəvayətlərini kölgələr vasitəsilə nəql edirdilər. Tələbələr kurs müddətində qədim və müasir texnikaların qarışığından istifadə etməklə maraqlı rəvayətlər danışmaq və cəld şəkildə dinamik nəql edən obrazlar yaratmaq üçün kağız marionetlər və rəqəmsal videodan istifadə etməklə kölgə xüsusiyyətlərinin vizuallaşdırılması, müştərək hekayət danışma və obyektlərdən ibarət tamaşanın xüsusiyyətlərini araşdırmaq üçün qrup daxilində çalışacaqlar.

Nəticədə tələbələr müstəqil şəkildə hazırladıqları bir sıra işləri qrupa təqdim edəcəklər. Seçilmiş əsərlər qrup sərginin bir hissəsi kimi nümayiş olunacaq.

Kursu dinləmək üçün avqustun 29-dək qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat forması və minimum 200 sözdən ibarət motivasiya məktubu Azərbaycan, rus və ya ingilis dillərindən birində yazılaraq [email protected] elektron ünvanına göndərilməlidir.

Qeydiyyat formasını yükləmək və ətraflı məlumatı müvafiq linkə daxil olmaqla əldə etmək mümkündür. http://www.yarat.az/az/learn/all/overview/master-classes-with-birgitta-hosea-uk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.