CƏMİYYƏT
Kollec tələbələri Hüseyn Cavid yaradıcılığına müraciət ediblər
Bakı, 18 noyabr, AZƏRTAC
Bakı 1 nömrəli Baza Tibb Kollecində Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunmuş "Mənim tanrım gözəllikdir, sevgidir" tədbiri keçirilib.
Yasamal rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə şairin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.
Kollecinin direktoru Nəriman Mövsümov böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun Azərbaycan ədəbiyyatında milli romantik şerin, mənzum dram və faciə janrlarının əsasını qoyduğunu söyləyib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Cavidlər ailəsinin faciəli taleyindən danışaraq ədibin xatirəsinin həmişə əziz tutduğu, onun yaradıcılıq irsinin hələ uzun illər boyu araşdırılacağı və tədqiq ediləcəyindən və onun nəşinin Sibirdən doğma vətənə qaytarılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin göstərdiyi nümunədən danışıb.
Kollecin tələbələri onu şerlərini və şerlərinə yazılmış mahnılar səsləndirilib, "İblis" pyesindən səhnələr nümayiş etdiriblər.