ELM VƏ TƏHSİL


Kollecdə “Novruz festivalı”

Bakı, 16 mart, AZƏRTAC

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Novruz festivalı” keçirilib.

AZƏRTAC xəbər verir ki, kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov festival iştirakçılarını bayram münasibətilə təbrik edib. O, Novruzun xoşbəxtlik, sevinc bayramı olduğunu, insanları bir araya gətirdiyini vurğulayıb.

Sonra tələbələr tərəfindən Novruz ənənələri ilə bağlı bayram stendləri nümayiş etdirilib.

Sonda tədbirdə fəal iştirak edən qruplar və qrup rəhbərləri təşəkkürnamə ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.