ELM VƏ TƏHSİL


Kolleclərə qəbul olunmaq üçün ixtisas seçimi başlanıb

Bakı, 15 avqust, AZƏRTAC 

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olmaq üçün ixtisas seçimi başlanıb.

AZƏRTAC xəbər verir ki, abituriyentlər “dim.gov.az” saytına daxil olmaqla ixtisas seçimi edə bilərlər. İxtisas seçimi avqustun 19-dək davam edəcək.

Xatırladaq ki, 11 illik təhsil bazasında kolleclərin ixtisas seçiminə ümumi balı 50‑dən, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.