ELM VƏ TƏHSİL


Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları keçirilir

Bakı, 20 iyul, AZƏRTAC 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanları davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olunmaq istəyən abituriyentlər avqustun 4-dək imtahan verəcəklər. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı pulsuzdur.

Qeyd edək ki, ixtisas seçimi iyulun 24-dən avqustun 5-dək, abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə avqustun 8-dən 23-nə qədər aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.