MƏDƏNİYYƏT


Kolmarda təşkil olunan virtual konsertdə Azərbaycan musiqisi səsləndirilib

Kolmar, 30 noyabr, AZƏRTAC

Fransanın Kolmar şəhərinin meriyasının təşkil etdiyi konsertdə Azərbaycan musiqisi də səsləndirilib.

AZƏRTAC xəbər verir ki, Kolmar şəhəri meriyasının mədəniyyət şöbəsinin rəhbəri Paskal Vey və tanınmış müğənni Kristel Kernin birgə təşkilatçılığı ilə keçirilən konsertdə bu şəhərdə yaşayan azərbaycanlı musiqiçi və vokalist İlahə Ahui də iştirak edib.

Kolmar “Yamaha Music School” musiqi məktəbinin müəlliməsi İ. Ahui konsertdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin naləsi”ni ifa edib. Musiqisevərlərə Ü. Hacıbəyli haqqında ətraflı məlumat verib. Həmçinin o, özünün yazdığı və bəstələdiyi “Ana” mahnısını da səsləndirib.

Xatırladaq ki, kiçik yaşlarından xor solisti olan İlahə Ahui Bakıda piano məktəbinə gedib. On iki yaşında Bakı haqqında ilk mahnısını bəstələyib. 1999-cu ildə Fransanın Strasburq şəhərinə gələn İ. Ahui bir il sonra Kolmar şəhərinə köçüb və orada yaşayır.

Kolmar şəhərinin Konservatoriyasının dirijorluq və vokal sinfini bitirdikdən sonra yerli xor qruplarına dirijorluq edir, Azərbaycan mahnılarını və öz bəstələrini səsləndirir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Kolmar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.