SİYASƏT


Kölndə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir

Berlin, 27 dekabr (AZƏRTAC). Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi tərəfindən (ATEİB) Kölndə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir.

Köln Universitetinin və Köln Tələbələr İdarəsinin dəstəyi ilə keçirilmiş tədbirdə almanlarla yanaşı, xarici qonaqlar da iştirak etmişlər.

Birliyin sədri, Köln Universitetinin magistrantı Samir Qulusoy qonaqları salamlayaraq bayramlarını təbrik etmişdir.

Daha sonra birliyin xarici işlər üzrə əlaqələndiricisi, Köln Universitetinin iqtisadi hüquq fakültəsinin tələbəsi Elvin Cəbrayılov Azərbaycana dair təqdimatla çıxış etmişdir.

Tədbirdə qonaqların Azərbaycan ilə bağlı sualları cavablandırılmışdır.

Sonda qonaqlar Azərbaycan mətbəxinin ləziz nümunələrini dadmağa dəvət olunmuşlar.

Təşkilati məsələlərdə fəallıq göstərmiş tələbələrə ATEİB tərəfindən hədiyyələr təqdim olunmuşdur.

Tədbir bədii hissə ilə davam etmişdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.