DÜNYA


Kolumbiya Avropaya kömür ixracını artırıb

Madrid, 19 may, AZƏRTAC

Kolumbiya dünyanın ən böyük 10 kömür istehsalçısından biridir.

AZƏRTAC xəbər verir ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Kolumbiya Avropaya kömür ixracını artırıb.

Türkiyə Kolumbiya kömürünün ən böyük idxalçısı olsa da, Niderland, Almaniya, İrlandiya və İspaniya, həmçinin Latın Amerikası və Karib hövzəsinin bəzi ölkələri də bu xammalı alır.

Kolumbiyanın mədən və energetika naziri Dieqo Mesa kömür istehsalının 92 faizinin ixrac olunduğunu, xammal ehtiyatının isə təxminən 40 il üçün kifayət edəcəyini bildirib. Karbohidrogenlər və minerallar Kolumbiyanın bütün ixracatının 50 faizindən çoxunu təşkil edir. Bu satışlardan vergi daxilolmaları dövlət büdcəsinin az qala 20 faizini təşkil edir.

Kolumbiya 2021-ci ildə 55,5 milyon ton kömür hasil edib (2020-ci ildəkindən 20 faiz çox). Hökumət 2022-ci ildə 64 milyon ton kömür hasil olunacağını proqnozlaşdırır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.