DÜNYA


Kolumbiya həbsxanasında yanğın nəticəsində 49 nəfər həlak olub

Madrid, 28 iyun, AZƏRTAC

Kolumbiyanın cənub-qərbindəki Valye-del-Kauka departamentinin Tulua şəhərindəki həbsxanada baş verən yanğında azı 49 məhbus həlak olub.

AZƏRTAC xəbər verir ki, Kolumbiya milli həbsxana agentliyinin (INPEC) rəhbəri Tito Kastelyanosun sözlərinə görə, gecə iğtişaşları zamanı məhbuslar döşəkləri yandırıblar və bundan sonra alov həbsxananın əksər hissəsinə yayılıb. Nəticədə 49 nəfər həlak olub, 30 nəfər yaralanıb, onlarla insan təxliyə edilib.

İlkin araşdırmalar göstərir ki, yanğın gecə saat 1:00-dan sonra başlayıb, Tuluadan yanğınsöndürənlər tez bir zamanda yanğını söndürməyə gəlsələr də, qurbanların çoxu tüstüdən zəhərlənərək ölüb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.