MƏDƏNİYYƏT


Kolumbiya mədəniyyəti Azərbaycanda nümayiş olunub

Bakı, 10 sentyabr, Ceyhun Alışov, AZƏRTAC

Sentyabrın 10-da Kolumbiyanın Bakıdakı səfirliyi ölkəsinə məxsus mədəniyyəti azərbaycanlılarla bölüşmək məqsədilə qastronomiya və musiqi tədbiri təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbir “Tato Marenco y Vía 40” qrupunun ifasında Kolumbiyanın Karibyanı regionunun ənənəvi və zəngin musiqi sədaları altında baş tutub.

Tədbirdə çıxış edən Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena qonaqları salamlayaraq belə bir tədbirin ölkəmizdə keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Azərbaycan ilə Kolumbiya arasında təhsil və mədəniyyət sahəsində bir sıra müştərək layihələrin reallaşdırıldığını qeyd edən diplomat belə tədbirlərin bundan sonra da keçiriləcəyini diqqətə çatdırıb.

Daha sonra qonaqlar Kolumbiya mətbəxinin təamlarından dadıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.