DÜNYA
Kolumbiyada bir həftə davam edən etirazlar zamanı 379 nəfər itkin düşüb
Bakı, 7 may, AZƏRTAC
Kolumbiyada vergi islahatlarına qarşı bir həftə davam edən etirazlar zamanı azı 379 nəfər itkin düşüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə yerli hüquq müdafiə təşkilatları məlumat yayıb.
“İtkin düşənlər üzrə 26 ictimai təşkilatı birləşdirən işçi qrupu Kolumbiya ombudsmanının ofisindən ümummilli tətillərin əvvəlindən bəri itkin düşmüş sayılan 379 nəfərin təcili axtarışlarına başlamağı tələb edir”, - deyə ictimai birliyin tviter səhifəsində bildirilir.
Kolumbiyanın ombudsman idarəsi isə öz növbəsində onlara 145 itkin düşən barədə informasiyanın daxil olduğunu və onlardan 55-nin artıq tapıldığını deyib.
Qeyd edək ki, aprelin 28-dən başlayaraq Kolumbiyada vergi islahatına qarşı nümayişlər keçirilir. Boqota, Kali, Medelin və digər şəhərlərdə nümayişlər iğtişaşlarla müşayiət olunub. Polislə toqquşmalarda azı 19 nəfər ölüb, 840 nəfərdən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hökumət sonradan islahat planında dəyişiklik etməyə razılaşıb, maliyyə naziri istefa verib, lakin etirazlar davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]