DÜNYA


Kolumbiyada məktəbli avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Bakı, 3 noyabr, AZƏRTAC

Kolumbiyada məktəbli avtobusu qəzaya uğrayıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, hadisə Monteriya və Arboletes bələdiyyələri arasındakı yolda baş verib. Yerli konkisürmə yarışının iştirakçıları olan məktəbliləri daşıyan avtobus yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtobusun sürücüsü hadisə yerində ölüb, daha 19 məktəbli isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Polis hadisə ilə bağlı təhqiqat aparır. İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.