DÜNYA


Kolumbiyada prezidentə sui-qəsdin qarşısı alınıb

Bakı, 9 aprel, AZƏRTAC

Kolumbiyanın baş prokuroru Nestor Umberto Martines hakimiyyət orqanlarının Prezident İvan Dukeyə qarşı sui-qəsd planını ifşa etdiyini bildirib.

AZƏRTAC “El Universo” qəzetinə istinadla xəbər verir ki, silahlı qruplaşmalar yerli əhali nümayəndələri ilə görüş zamanı prezidentə hücum etmək istəyirmiş.

“Sosial hərəkatlara və yerli əhali birliklərinə soxulmuş mütəşəkkil silahlı qruplaşmalar ölkə prezidentinin təhlükəsizliyinə təhdid yaradan terror aktı həyata keçirmək istəyirdilər”, - deyə baş prokuror bildirib.

Planlaşdırılan terror aktının təfərrüatları və şübhəlilərin həbsi barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.