DÜNYA


Kolumbiyada silahlı toqquşmalar nəticəsində 20 nəfər ölüb

Bakı, 3 yanvar, AZƏRTAC

Kolumbiyanın Venesuela ilə sərhədində yerləşən Arauka departamentində ləğv edilmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvləri ilə Milli Azadlıq Ordusunun (ANO) silahlıları arasında baş verən toqquşmalarda ən azı 20 nəfər həlak olub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli Karakol radiostansiyası məlumat yayıb.

Məlumata görə, yerli hakimiyyət orqanları vəziyyətin normallaşdırılması üçün ölkə Prezidenti İvan Dukeyə müraciət edib. Bazar ertəsi səhər Təhlükəsizlik Şurasının iclası keçiriləcək və iştirakçılar regiondakı vəziyyəti qiymətləndirəcəklər. Yerli hakimiyyət orqanları bildiriblər ki, bəzi sakinlər müvəqqəti olaraq evlərini tərk etmək qərarına gəliblər.

Qeyd edək ki, təqribən 1500 üzvü olan Milli Azadlıq Ordusu 2016-cı ilin noyabrında hökumət İnqilabçı Silahlı Qüvvələrlə sülh sazişi bağladıqdan sonra Kolumbiyada yeganə üsyançı qrup olaraq qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.