DÜNYA


Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

Bakı, 9 mart, AZƏRTAC

Kolumbiyanın mərkəzi hissəsində təyyarənin qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb. Bu barədə “Caracol” agentliyi məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Laser” şirkətinə məxsus “Douglas DC-3” təyyarəsi San-Xose-del-Quavyare şəhərindən Vilyavisensyo şəhərinə uçurmuş. San-Martin yaşayış məntəqəsində pilot dispetçerlərə fövqəladə vəziyyət barədə məlumat verib. O, qəza enişi etməyə çalışsa da, uğursuz nəticələnib. İlkin məlumata görə, təyyarədə olan 12 nəfər ölüb.

Qəzanın səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.