DÜNYA


Kolumbiyada torpaq sürüşməsi nəticəsində 33 nəfər həlak olub

Kolumbiyada torpaq sürüşməsi nəticəsində 33 nəfər həlak olub

Bakı, 6 dekabr, AZƏRTAC

Kolumbiyanın qərbində baş verən torpaq sürüşməsi azı 33 nəfərin həyatına son qoyub.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Kolumbiyanın daxili işlər naziri Alfonso Prada bildirib. Onun sözlərinə görə, xilasedicilər təbii fəlakət zonasında doqquz nəfəri xilas edib, onlardan dördünün vəziyyəti ağırdır.

Risaralda departamentində magistral yolla hərəkət edən avtobus, minik avtomobili və motosiklet torpaq altında qalıb. Axtarış-xilasetmə əməliyyatına Kolumbiya ordusunun da cəlb olunduğu bildirilir.

Kolumbiya Prezidenti Qustavo Petro ölkədəki bütün avtomobil yollarının əlverişsiz hava şəraitinə hazırlığının yoxlanılması barədə göstəriş verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.