İDMAN


Kolumbiyalı İbarquen 2018-ci ilin ən yaxşı qadın yüngül atleti seçilib

Bakı, 5 dekabr, AZƏRTAC

Uzunluğa tullanma üzrə idmançı Katrin İbarquen 2018-ci ilin ən yaxşı qadın yüngül atleti seçilib. Mükafat Beynəlxalq Yüngül Atletika Federasiyasının (IAAF) Monakoda keçirdiyi ənənəvi mərasimdə 34 yaşlı idmançıya təqdim olunub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, cari ildə İbarquen “Brilyant liqasının” üç təkanla tullanma mərhələlərində dörd qələbə qazanıb, həmçinin bu liqanın üç təkanla tullanma və uzunluğa tullanma turnirlərində finalların qalibi olub.

Belçikalı Nafissat Tiam (hündürlüyə tullanma), Böyük Britaniya atleti, Avropa çempionu Dina Eşer-Smit (sprinter qaçışı), keniyalı dünya rekordçusu Beatris Çepkoeç (3000 metr məsafəyə maneələrlə qaçış) və Baham adalarının idmançısı Şona Miller-Uybo (200 və 400 metr məsafələrə qaçış) mükafata namizədlər arasında olublar.

“Yüksələn ulduz” nominasiyasında mükafatın sahibi isə 19 yaşlı amerikalı Sidni Maklaflin olub. O, 400 metr məsafəyə maneələrlə qaçış üzrə yeniyetmələr arasında dünya rekordunu təzələyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.