İDMAN


Kolumbiyanı Bakıda keçiriləcək dünya çempionatında 7 gimnast təmsil edəcək

Bakı, 26 oktyabr, AZƏRTAC

Noyabrın 18-21-də Bakıda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən, 33 ölkə yarışda iştirakını təsdiqləyib.

Artıq Kolumbiya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb. Belə ki, Kolumbiyanı 7 gimnast - Julian Alvis, Alvaro Kalero, Nikole Kastellanos, Julian Fonseka, Katiş Hernandez, Gilari Riaskos və Manuel Sierra təmsil edəcək.

Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.