MƏDƏNİYYƏT


Kolumbiyanın “La Mojarra Electrica” qrupunun Bakıda virtual konserti

Bakı, 7 oktyabr, AZƏRTAC

VII Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası çərçivəsində kolumbiyalı “La Mojarra Electrica” qrupunun virtual konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas sərgi-yarmarka ilə bağlı təəssüratlarını bölüşüb.

Ölkəsinin bu sərgidə üçüncü dəfə təmsil olunduğunu bildirən səfir deyib: “Budəfəki sərgidə biz Kolumbiyanın Nobel mükafatçısı, dünyaca məşhur Qabriel Qarsia Markesin əsərlərini nümayiş etdiririk. Eyni zamanda, ölkəmizin, turizmi, mətbəxi, adət-ənənələri haqqında kitabları da sərgiləyirik. Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru Xalq artisti Təranə Muradovanın dəstəyi ilə Kolumbiya rəqsləri də təqdim olunur”.

Sonra Kolumbiyanın musiqi qrupunun virtual konserti təqdim edilib.

Konsert Kolumbiya Xarici İşlər Nazirliyinin həyata keçirdiyi bu ölkənin mədəniyyətinin xaricdə təşviqi proqramı çərçivəsində gerçəkləşib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.