MƏDƏNİYYƏT
Kolumbiyanın mədəniyyəti Azərbaycanda nümayiş olunacaq VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Kolumbiyanın Azərbaycandakı səfirliyi Kolumbiya mədəniyyətini azərbaycanlılarla bölüşmək məqsədilə qastronomiya və musiqi tədbiri təşkil edəcək.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir “Tato Marenco y Vía 40” qrupunun ifasında Kolumbiyanın Karibyanı regionunun ənənəvi və zəngin musiqi sədaları altında keçəcək. Tədbirdə, həmçinin qonaqlar Kolumbiyanın Barankilya şəhərindən olan məşhur aşpaz İvan Fransisko Eskobarın bişirəcəyi səciyyəvi Karib xörəklərindən dadmağa fürsət tapacaqlar. Bununla yanaşı, Karibyanı regiondan gətirilən “La Hechicera” rom içkisinin dadına baxmaq da mümkün olacaq.
Tədbirdə bir sıra dövlət xadimləri ilə yanaşı, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri, iş adamları, Kolumbiya icması və Kolumbiyanın azərbaycanlı dostları iştirak edəcəklər.
Qeyd edək ki, tədbirin Bulvar Hoteldə keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]