CƏMİYYƏT


Kolumbiyanın səfiri: Azərbaycan ilə iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan ilə Kolumbiyanın dostluq əlaqələri yüksək səviyyədədir. Ölkəmiz Azərbaycan ilə iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas deyib.

Bakıda keçirilən ikinci Qəhvə və Çay Festivalında iştirak etməkdən məmnunluğunu bildirən diplomat bildirib ki, səfirlik bu tədbir vasitəsilə Azərbaycanda qəhvə mədəniyyətini təbliğ etmək, azərbaycanlılara Kolumbiya məhsullarını tanıtmaq niyyətindədir. Qeyd edib ki, Kolumbiya, həmçinin Qafqaza qəhvə ixracını artırmaq üçün müvafiq şirkətlərlə əlaqələr qurmaq və nəqliyyat yollarını müəyyənləşdirməkdə maraqlıdır.

“Biz bu festivalda artıq ikinci dəfədir iştirak edirik. Burada iştirakçılar Kolumbiyanın qəhvə yetişdirilən aparıcı bölgələrini tanımaq, müxtəlif növ qəhvələrin sirlərini öyrənmək imkanına malikdirlər”, - deyə səfir əlavə edib.

Qeyd edək ki, II Qəhvə və Çay Festivalının ziyarətçiləri burada Kolumbiya qəhvəsindən dada bilərlər. Festivala giriş pulsuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.