MƏDƏNİYYƏT
Kolumbiyanın səfiri: Kitab sərgisində iştirak etməkdən çox məmnunuq VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Ölkəmiz artıq üçüncü dəfədir bu sərgidə iştirak edir. Kolumbiyanın Azərbaycandakı səfirliyi olaraq bu sərgidə iştirak etməkdən məmnunluq duyuruq. Fürsətdən istifadə edərək belə bir tədbirin təşkilinə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas söyləyib.
Səfir deyib: “Biz aktiv iştirakçıyıq. Burada biz Kolumbiyanın Nobel mükafatçısı, məşhur Qabriel Qarsia Markesin əsərlərini nümayiş etdiririk. Həmçinin Kolumbiya haqqında, turizmi, mətbəxi və s. haqqında olan kitabları da sərgiləyirik. Bu, mənim üçün böyük şərəfdir. Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru Xalq artisti Təranə Muradovanın dəstəyi ilə Kolumbiya rəqsləri də təqdim ediləcək. Sabah isə Kolumbiyanın musiqi qrupunun onlayn konserti olacaq. Hər kəsi bizim milli pavilyona dəvət edirəm. Bu, bizim üçün çox xoş olar”.