DÜNYA


Kolumbiyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

Bakı, 8 avqust, AZƏRTAC

Kolumbiyanın yeni prezidenti Qustavo Petro vəzifəsinin icrasına başlayıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, yeni prezident ölkəni bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizədə birləşdirməyi, solçu üsyançılar və cinayətkar dəstələrlə sülhün əldə olunmasını vəd edib.

"Mən iki cəmiyyət istəmədiyim kimi, iki ölkə də istəmirəm. Güclü, ədalətli və vahid Kolumbiya istəyirəm. Bir millət olaraq qarşılaşdığımız çətinliklər və sınaqlar birlik və əsas ümumi razılıq dövrü tələb edir", - deyə Q.Petro andiçmə mərasimində çıxışında bildirib.

Qeyd edək ki, bu il iyunun 19-da Kolumbiya solçu Tarixi Pakt koalisiyasından Qustavo Petro ilə özünün siyasi hərəkatı olan Korrupsiyaya Qarşı Hökmdarlar Liqasından Rodolfo Hernandes arasında seçim edib. 50,69 faiz səslə Q.Petro Kolumbiyanın prezidenti seçilib və o, Kolumbiya tarixində ilk solçu prezident olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.